Kərim Benzema həbs edilib - VİDEO
04.11.2015 798 0
Fransa polisi yığma komandanın hücumçusu Kərim Benzemanı həbs edib. Apasport.az-saytının “Eurosport” nəşrinə istinadən məlumatına görə, Madrid “Real”ının forvardı "Lion"un şərəfini qoruyan həmyerlisi Matye Valbuenanı şantaj etməkdə təqsirləndirilir.
Benzema millidə çiyin-çiyinə çıxış etdiyi Valbuenanı intim məzmunlu video ilə şantaj etməkdə təqsirləndirilir. Ulduz futbolçu polis şöbəsində dindiriləcək.
Qeyd edək ki, yerli polis eyni səbəbdən oktyabrın 13-də Fransa millisinin digər hücumçusu Cibrill Sisse və adları açıqlanmayan daha 3 nəfəri həbs etmişdi. Lakin şantaj məsələsində Sissenin rolu az olduğundan, o, tezliklə sərbəst buraxılmışdı.
Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər