Kənd Yerlərinin Kompleks İnkişafına pul ayrılacaq
18.04.2015 788 0.0 0

Bu gün kənd təsərrüfatı naziri Heydər Əsədov İslam İnkişaf Bankının nümayəndələrilə görüşmüşdür. Görüşün məqsədi “Kənd Yerlərinin Kompleks İnkişaf  Layihəsi”nin icrası ilə bağlı müzakirələrin aparılması olmuşdur.

 

 

Nazir qonaqları səmimi salamladı və İslam İnkişaf Bankı əlaqələri yüksək qiymətləndirərək bu layihənin ölkəmizdə həyata keçirilməsinə önəm verdiyini nəzərə çatdırdı. Görüşdə hər bir komponent ayrı-ayrılıqda müzakirə olundu, ümumilikdə layihənin fəaliyyətinin optimallaşdırılması üzrə nazir Heydər Əsədov öz məsləhət və tövsiyələrini verdi.

İslam İnkişaf Bankının nəzarət missiyanın rəhbəri Bahodir Mirzayev səmimi qəbula görə təşəkkürünü bildirdi, verilən səmərəli təklifləri təqdirəlayiq hesab edərək onların layihə fəaliyyətində nəzərə alınmasını məqsədəmüvafiq hesab etdi.

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar