Kənd Təsərrüfatı nazirinin müavini Belarusiyaya gedib
10.03.2015 798 0
Qazeta.info bildirir ki, Azərbaycan Respublikası kənd təsərrüfatı nazirinin müavini İlham Quliyev cari ilin 10 mart tarixində keçirilən Azərbaycan Respublikası ilə Belarus Respublikası arasında ticarət-iqtisadi və elmi-texniki əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 9-cu iclasında iştirak etmək məqsədilə Minsk şəhərinə səfər edib.
İclasda iki ölkə arasında əməkdaşlığın bir çox sahələri ilə yanaşı kənd təsərrüfatı sahəsində, o cümlədən aqrar yönümlü elmi-tədqiqat institutları arasında, baytarlıq və fitosanitariya sahələrində əməkdaşlıq, kənd təsərrüfatı və ərzaq məhsullarının Belarusa ixracı ilə bağlı məsələlərin müzakirə olunması nəzədə tutulur.
Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər