“Günəşli” yatağındakı yanğının söndürülməsi işləri isə artıq 12 gündür ki, davam edir.
ANS TV-nin məlumatına görə, Fövqəladə Hallar Nazirliyininin axtarış xilasetmə helikopteri “Günəşli” yatağındakı 10 saylı dərin dəniz özülünə, yəni yanğının baş verdiyi platformaya yarım saata çatdı.
Hadisə yerinə yaxınlaşdıqca havada qatı duman bizi müşayiət edirdi. Duman söndürülmə işlərinin aparıldığı platformadan qalxırdı.
Yanğının lokallaşdırılması üçün FHN-in 3 yanğınsöndürmə gəmisi iş başındadır. Bu gün onların peşə bayramı olmasına baxmayaraq FHN əməkdaşaları var gücü ilə yanğını söndürməyə çalışır. Bunun üçün yüksək təyziqli su yanan quyular istiqamətidə püsgürdülür. Yanğın xeyli azalıb.
Söndürülmə işlərilə yanaşı itkin düşən neftçilərin axtarışı da davam edir. Xüsusi riskli xilasetmə xidmətinin əməkdaşının sözlərinə görə, axtarışa mane olan yeganə faktor hava şəraitidir.
Havanın əlverişsiz olması ilə əlaqədar helikopter platformaya enə bilmədi və biz FHN-in Səngəçaldakı aerodromuna qayıtmalı olduq.
“Günəşli” yatağında xilasetmə işləri aparan helikopterlər məhz bu aerodromdan havaya qalxır.
FHN aviasiya dəstəsinin təlimatçı bort texniki Etibar Nəzərov deyir ki, Azərbaycan - Türkmənistan, Qazaxıstan, Rusiya və İrandan razılıq alıb və Azərbaycan bu ölkələrin su sahilərində də axtarış işlərini davam etdirir.
“Günəşli” yatağında vəziyyətin nəzarət altına alınması üçün var güclərilə çalışdıqlarını deyən fövqəladə hallar naziri Kəmaləddin Heydərov bildirdi ki, bu onların həm vətəndaşlıq, həm də dövlət qarşısında borcudur:
“Bəzi adamlar yaranan bu vəzyyətdən öz məqsədləri üçün istifadə edirlər. Əminəm ki, nə zamansa, o insanların da vicdanı oyanacaq və görəcəklər ki, xilas etmə əməliyyatları nədir? Və ordakı xilasedicilər hər an özlərini təhlükəyə ata bilərlər”.
Təhlükənin içində işləyən Fövqəladə Hallar nazirliyi əməkdaşlarının bu gün həm də peşə bayramıdır. Artıq 10 ildir ki, FHN-i bu günü qeyd edir. /anspress/