Kəmaləddin Heydərov II Fəxri xiyabanda
28.11.2015 784 0
Qazeta.info bildirir ki, 28 noyabr 2015-ci il tarixində Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin rəhbərliyi və digər məsul şəxsləri II Fəxri Xiyabana gələrək, Bakı şəhərinin Nardaran qəsəbəsində Azərbaycan Respublikasının konstitusiya quruluşunun zorla dəyişdirilməsini planlaşdıran və din pərdəsi altında fəaliyyət göstərən silahlı dəstəyə qarşı keçirilən xüsusi əməliyyat zamanı qəhrəmancasına həlak olmuş polis əməkdaşlarının məzarlarını ziyarət etmişlər. Polis əməkdaşlarının xatirəsi ehtiramla yad edilmiş, məzarları önünə əklil və gül dəstələri qoyulmuşdur.
Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər