Kəmər altinda qalan kəndli haqqı
14.05.2015 612 0.0 0

"7 nəfərlik ailə üzvülərimizlə birlikdə Ucar rayonunu Ramal kəndində yaşayırıq. Ailəmizin yeganə dolanışıq yeri torpağımızdır . Hamı kimi bizimdə ailəyə  2.74 ha  pay torpaq sahəsi verilib ki, orada taxıl, yonca, meyvə ağacları əkib bir təhər dolanırdıq. Həmin 2.74 ha pay torpaq sahəmiz Cənubi Qafqaz Boru kəmərinin dəhlizi layihəsinin ərazisinə düşdüyü üçün bu ilin mart ayı tarixində bizim ailəyə 20499( iyirmi min dörd yüz doxsan doqquz) manat kompensasiya verildi. Sonradan öyrəndik ki, kompensasiyanı bizə saxtakarlıq edib az veriblər,pulumuzu mənimsəyiblər. "

Bu sözlər Qazeta.info-ya Ucar rayonu Ramal kənd sakini Məmmədov Aruz Şirxan oğlu tərəfindən yazılan məktubda qeyd olunur.

Belə ki, A.Məmmədov daha sonra bildirir ki, " 2.74 ha torpaq sahəmizdə  taxıl, yonca əkib becərmişik, həmçinin meyvə və digər ağaclar da var ki, bunlardanda satıb qazanc əldə edirdik.Bundan başqa həmin torpaq sahəsinin üzərində böyürtkən kolları var ki, hər il onun meyvəsindən də satıb gəlir götürürdük. Amma  bizim 2.74 ha pay torpaq sahəmizdən  Beynəlxalq boru kəmərinin keçməsinə görə verilən kompensasiya ancaq taxıl əkib becərib əldə etdiyimiz qazancın itkisinə görə  verilmiş, yoncadan, meyvə ağaclarından və  böyürtkən meyvəsindən əldə edilən qazancın  itkiləri  hesaba alınmamışdır."

Ucar sakini daha sonra bildirir ki,  "Aldığımız məlumata görə bunu hesaba alsalarda  kompensasiyanı saxtakarlıqla mənimsəmişdilər.Bütün bu saxtakarlıqlara isə həmin  işə təkim edilmiş Faiq adlı şəxs rəhbərlik edir.Ölçülərdə, kompensasiyanın verilməsində saxtakarlıq edib vətəndaşların pullarını mənimsəyir. Onun saxtakarlığı, özbaşınalığı haqqında  çoxlu sayda şikayətlər verilməsinə baxmayaraq, barəsində heç bir tədbir görülmür.Buda onu deməyə əsas verir ki,  Faiq bu saxtakarlıqları xüsusi tapşırıq əsasında edib əldə edilən pulları həmin dairələrə verir.19 sentyabr 2014-cü il tarixdə bağlanlmış 2066-cı ilədək qüvvədə olacaq torpaqdan istifadə  üçün icarə müqaviləsində ancaq taxıldan əldə edilən gəlirin itkisi üçün bizim ailəyə kompensasiya verilmişdir.Biz bu saxtakarlıq, qanunsuzluq  faktı ilə əlaqədar Preziden cənab İlham Əliyevə, Mehriban xanım Əliyevaya, Dövlət Neft Şirkətinin Prezidenti cənab Rövnəq Abdullayevə və digər aidiyatı orqanlara şikayət ərizələri ilə müraciət etmişik. İnanırıq ki, şikayətimiz yerində obyektiv araşdırılıb qanunu tədbirlər görüləcək, halal kompensasiyamızı mənimsəmiş vəzifəli şəxslərin barəsində qanunu tədbirlər görüləcək və kompensasiyamız tam olaraq özümüzə veriləcək. Ümüd edirik ki, bu saxtakarlıq faktı ictimailəşdikdən dərhal sonra araşdırma aparılıb tədbir görüləcək."

Qazeta.info əlavə olaraq qeyd edir ki, sadə hesablama apararaq görürük ki, vaxtı ilə ailəsini dolandırmaq üçün kəndliyə verilən pay torbaq sahəsinə 52 illik bir dövr üçün ödənilən 20499 manat  hər il üçün 394 manat edir. Bu isə dünya iqtisadiyyatın qeyri sabit keçdiyi dövr üçün xarakterik hal hesab olunmur.Çünki hər il bahalaşan kənd təsərrüfatı məhsulları bazarı fonunda  nəinki 52 ildən sonrakı qiymətlər haqda düşünməyi hətta yaxın 5 ildə qeydə alına biləcək qiymət artımı və baş verə biləcək inflyasiyalar zatən kəndlinin uduzması anlamına gəlir.

Əgər burada şikayətçi Aruz Məmmədovun ittihamları da nəzərə alınsa bu müqavilədən onsuzda karlı çıxmayan kəndliyə böyük haqsızlıq deməkdir. 

 

Qazeta.info bildirir ki, yazıda adı hallanan digər tərəflərin də mövqeyini dərc etməyə hazırıq.

 

 

 

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar