Jurnalistin evindən oğurluq olub
27.03.2018 819 0
Abşeron rayonunda jurnalist Vasif Həsənlinin evindən oğurluq olub.
Bu barədə "Report"a V.Həsənlinin özü məlumat verib.
O, hadisə vaxtı evdə olmadığını bildirib: "Abşeron rayonu, Mehdiabad qəsəbəsi, yeni yaşayış massivində yerləşən evimdən 1700-1800 manat məbləğində pul oğurlanıb. Hadisə mən və ailə üzvlərim evdə olmayan zaman baş verib. Naməlum şəxs və ya şəxlər evə pəncərədən daxil olublar".
Faktla bağlı zərərçəkən Abşeron Rayon Polis İdarəsinə məlumat verib, araşdırma aparılır.
Qeyd edək ki, V.Həsənli ölkə.az saytında çalışır.
Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər