Jurnalistin ailəsində faciə
11.02.2015 845 0
Bu gün saat 15 radələrində Masallı-Yardımlı yolunda ölümlə nəticələnən yol qəzası baş verib.Məlumata görə, “Toyota Prado” markalı avtomobil sürətlə hərəkət edərək dərəyə aşib.
Qəza nəticəsində avtomobildə olan sərnişin 1971-ci il təvəllüdlü Könül Yolçu qızı Rüstəmxanlı hadisə yerində dünyasını dəyişib.
Digər sərnişin İlahə Xudu qızı Əliyeva isə ağır yaralanıb. Qadın Masallı Mərkəzi rayon Xəstəxanasına yerləşdirilib.
Qeyd edək ki, yol qəzasında dünyasını dəyişən Könül Rüstəmxanlı “Qanun” Nəşrlər Evinin sahibi, jurnalist Şahbaz Xuduoğlunun həyat yoldaşı, yaralanan İlahə Əliyeva isə bacısıdır.
Faktla bağlı araşdırma aparılır.//anspress/
Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər