Jirinovskinin Qafqazda doğma oğlu yaşayırmış- Foto
18.08.2017 874 0.0 0

Rusiya liberal-demokratlarının lideri Vladimir Jirinovski ilk dəfə olaraq 31 yaşlı Oleq Eydelşteynin doğma atası olduğunu etiraf edib.

Rusiya mənbələrinə istinadən xəbər verilir ki, RLDP-nin başçısının kəbindən kənar oğlu Şimali Osetiyada yaşayır və atasının partiyasının bu regiondan parlament seçkilərində partiya siyahısında birinci sıradadır.

 

Qeyd olunur ki, Oleq babasının – Jirinovskinin atası Volf Eydelşteynin soyadını daşıyır. Lakin çoxları onu anasının soyadı ilə Qazdarov kimi tanıyır.

Xatırladaq ki, Vladimir Jirinovskinin böyük oğlu İqor Lebedev Rusiya Dövlət Dumasının sədr müavinidir.

Vladimir Jirinovski kəbindən kənar anadan olmuş oğlu Oleqin anası – Janna Qadzarova ilə Kubada tanış olub. Bir illik məhəbbət macərasından Oleq anadan olub. Hazırda Oleq Eydelşteynin uğurlu iş adamı olduğu, bir neçə iri şirkətə rəhbərlik etdiyi qeyd olunur.

Daha bir kiçik qeyd: 2011-ci ildə oğlu Oleqin dəbdəbəli toy mərasiminə sponsorluq etsə də, Vladimir Jirinovski həmin gün Şimali Osetiyaya gəlməyib./Virtualaz.org/

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar