“Öz torpaqlarını qaytarmaq üçün ermənilər diplomatik, iqtisadi, siyasi, mənəvi və istənilən başqa ölçülərdən istifadə etməlidir”.
"Ermənistanı dəstəkləmək olar, həmçinin kürdlər, yunan, bolqar və suriyalıları. Onlar hamısı Türkiyəyə nifrət edirlər"
Məlumata görə, bu sözləri Rusiya Liberal-Demokratik Partiyasının başçısı Vladimir Jirinovski deyib.
"Qoy ermənilər qərar versinlər. Kürdlər öz dövlətinin yaradılması üçün necə vuruşurlar? Əllərdə silahla. Ermənilərdə öz torpaqlarını qaytarmaq üçün diplomatik, iqtisadi, siyasi, mənəvi və istənilən başqa ölçülərdən istifadə etməlidir. Yekunda görünür ki, onlar da silah yolu ilə öz torpaqlarını qaytarmaq lazım olacaq", - deyə Jirinovski bildirib.
Rusiyanın Ermənistanı diplomatik dəstəkləməklə bağlı suala Jirinovski müsbət cavab verib.
"Əlbəttə Ermənistanı dəstəkləmək olar, həmçinin kürdlər, yunan, bolqar və suriyalıları. Onlar hamısı Türkiyəyə nifrət edirlər. Türkiyə rəqibləri ilə mühasirəyə alınıb: qərbdə bolqarlar və yunanlar, şərqdə ermənilər və kürdlər, cənubda Suriya. Türkiyənin sonudur! Amma bu beş, on il sonra olacaq, o onsuz da dağılacaq və heç bir rol oynamayacaq. Rusiya Liberal-Demokratik Partiyasının konkret mövqeyi belədir: Müstəqil kürd dövlətini dəstəkləmək. Kürdlər Türkiyə, Suriya, İran və İraqda yaşayırlar. Onlar 40 milyondur. Yalnız bizdə proqramda bu təklif var".
Ötən gün LDPR SSRİ-nin birinci və sonuncu prezidenti Mixail Qorbaçovun və Rusiyanın ilk prezidenti Boris Yeltsinin siyasi fəaliyyətinin “cinayətkar və destruktiv” sayılması ilə bağlı sənəd layihəsi hazırlayaraq Dövlət Dumasına təqdim edib.
Sənəddə deyilir: "SSRİ-nin dağılması, millətlərarası qarşıdurmalar, çoxsaylı hərbi münaqişələr, xəstəlik və ölüm göstəricilərinin artması, narkotiklərə və alkoqola bağlı insanların artması, keçən əsrin ortalarında milyonlarla vətəndaşın həyat səviyyəsinin fəlakətli şəkildə pisləşməsi heç də təsadüfi olmayıb".
LDPR təmsilçiləri hazırladıqları sənəddə bu vəziyyətin yaranmasının əsas günahkalarının Mixail Qorbaçov və Boris Yeltsin oluğunu vuruğlayıblar./anspress/