Jirinovski: «Azərbaycan bizə lazım deyildi» - Video
15.09.2016 1147 0.0 0

Postsovet məkanında olan bütün tanınmamış respublikaları yemləməkdənsə, onları Rusiyanın tərkibinə qatmaq lazımdır.

 

Məlumata görə, bunu Rusiya Liberal Demokrat Partiyasının sədri Vladimir Jirinovski jurnalistlərə açıqlamasında söyləyib. Onun sözlərinə görə, Dnestryanı mütləq şəkildə “Krım vilayəti”nin tərkibinə daxil edilməlidir.

 

O, həmçinin Abxaziyanın Krasnodar əyalətinə, Cənubi Osetiyanın isə Şimali Osetiyaya birləşdirilməsi gərəkdiyini bildirib:

 

“Bizim bütün dünyaya verdiyimiz pulları geri qaytarın. Biz dünyada ən varlı ölkəyik. Gürcüstan özü bizim yanımıza gəldi. Gürcüstan rus çarından özü xahiş etdi və I Aleksandr onlarla görüşə getdi. Bizə nə Gürcüstan, nə Azərbaycan, nə də Ermənistan lazım idi. Mərkəzi Asiyanın da bizə ehtiyacı vardı. Onlar Əfqanıstan olmaq istəmirdilər. Onlar maksimal azadlıq aldılar. Onlar rusları sevirlər”.

 

Qeyd edək ki, Azərbaycan ərazisi Rusiya imperiyası tərəfindən ilk dəfə 19-cu əsrin birinci yarısında işğal edilib. Uzun illər Rusiyanın tabeliyində qalan Azərbaycan 1918-ci il mayın 28-də Xalq Cümhuriyyətinin yarandığını elan edib.

 

Ancaq iki il sonra - 1920-ci il aprelin 28-də Sovet Rusiyası tərəfindən yenidən Azərbaycan işğal edilib.

 

1991-ci ildə Azərbaycan növbəti dəfə müstəqilliyinə qovuşub. /axar.az/

 

 

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar