Jan-Klod Yunker: Avropa ordusunun yaradılması qaçılmazdır
10.11.2016 705 0
Avropa ordusunun yaradılması qaçılmazdır, çünki gələcəkdə ABŞ qitənin təhlükəsizliyinin qayğısına çox güman ki, qalmayacaq.
RİA Novosti agentliyinə istinadən verilən xəbərə görə, bunu Avropa Komissiyasının sədri Jan-Klod Yunker Berlində bəyan edib.
"Biz hamımız, xüsusən Almaniya və Berlin amerikalılara tarixi cəhətdən borcluyuq. Lakin uzunsürən perspektivdə amerikalılar avropalıların təhlükəsizliyinin qayğısına qalmayacaqlar. Bunu biz özümüz etməliyik. Avropa müdafiə ittifaqına dair məsələ gündəmə gətirilməlidir. Avropa ordusunun yaradılması qaçılmazdır. Necə deyərlər, bu musiqi artıq səslənir, lakin bir çox avropalılar onu eşitmir”, deyə J-K.Yunker./apa/
Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər