İnternat məzunları peşə hazırlığına cəlb olunur
04.05.2015 703 0.0 0

ƏƏSMN internat məktəbini bitirmək ərəfəsində olan şəxsləri peşə hazırlığına cəlb edib

   Qazeta.info Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə istinadla bildirir ki  (ƏƏSMN), nazirlik internat məktəblərini bitirmək ərəfəsində olan və valideyn himayəsindən məhrum olmuş gənclərin gələcəkdə əmək bazarına çıxışının asanlaşdırılması və məşğulluğunun dəstəklənməsini diqqətdə saxlayır. 
   Bu məqsədlə ƏƏSMN yanında Dövlət Məşğulluq Xidməti (DMX) tərəfindən ilk dəfə olaraq Təhsil Nazirliyinin Bakının Bilgəh qəsəbəsində yerləşən 11 nömrəli internat məktəbinin son sinfində təhsil alan və valideyn himayəsindən məhrum olan 12 nəfər gənc üçün peşə hazırlığı kursu təşkil edilib. ƏƏSMN-nin Bakı Regional  Peşə Tədrisi Mərkəzində (Bakı şəhəri, Binəqədi rayonu, S.Bəhlulzadə 44) həmin gənclərə təcrübəli mütəxəssislər tərəfindən peşə təliminin keçilməsinə başlanıb. 
   Üç ay ərzində davam edəcək kursun başa çatması həmin gənclərin internat məktəbini bitirməsi ilə eyni vaxta təsadüf edəcək. Kursu bitirən gənclərin yeni yiyələndikləri peşə üzrə məşğulluğu təmin olunacaq. Bununla əlaqədar artıq aidiyyəti işəgötürənlərlə razılıq əldə olunub.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar