Qazeta.info Daxili İşlər Nazirliyinin məlumatına əsasən bildirir ki, "Qaraçay” təmir-tikinti şirkətinin və “Engin” MMC-dən ayrı-ayrı tarixlərdə içərisində külli miqdarda pul olan seyf oğurları tutulub.
Belə ki, Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət Axtarış İdarəsi, Təhlükəsiz Şəhər Xidməti və Xətai RPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avqustun 28-də "Qaraçay” təmir-tikinti şirkətindən içərisində 60000 ABŞ dolları və sənəd olan seyfi quldurluq yolu ilə aparmış Bakı şəhər sakini Azad Həziyev tutulmuşdur.
Bunndan başqa, İmişli RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində də cari il iyulun 10-da “Engin” MMC-dən içərisində 51000 manat olan seyfi oğurlamış rayon sakinləri Elvin Hacıyev, Ceyhun Şükürov və Elşən Mustafayev tutulmuşlar.