III dünya müharibəsinin anonsu verildi
14.07.2015 1234 0.0 0

Əgər Rusiya Avropa və Kanada kimi Birləşmiş Ştatlara tabe və vassalı olmasa, Ağ Ev Moskvaya qarşı müharibəyə başlayacaq.

Məlumata görə, "Reyqanomika"nın atası, məşhur analitik Pol Kreyq Roberts hesab edir ki, Pentaqon artıq yeni hərbi strategiyasını bəyan edib. Bu strategiyada müstəqil siyasət yürüdən ölkələr hədəf götürülüb.

Xatırladaq ki, Vaşinqtonun yeni milli hərbi doktrinasında əsas hədəf terrorçular deyil, ABŞ tərəfindən müəyyən edilən beynəlxalq normalara qarşı çıxan dövlət subyektləri göstərilir.

Pol Kreyq Roberts hesab edir ki, guya beynəlxalq normaları pozan ölkələr ABŞ-ın maraqlarını nəzərə almadan qərar verirlər. Ona görə də Vaşinqton həmin ölkələri özü üçün təhlükə hesab edir və bu ölkələrə hücum etməyi planlaşdırır.


"Reyqanomika"nın atası Pol Kreyq Roberts / FOTO: BBC

 

 

Politoloqun sözlərinə görə, hazırda ABŞ əsas hədəf kimi Rusiya, Çin və İranı götürüb. Bundan başqa Vaşinqtonun yeni milli hərbi doktrinasında Ermənistan, Qırğızıstan və Cənubi Amerika ölkələrində dövlət çevrilişlərinin həyata keçirilməsi nəzərdə tutulub.

Vaşinqton bu yaxınlarda üçüncü dünya müharibəsinin qaçılmazlığını etiraf edən Çini "cilovlamağa" ümid edir və bu ölkə ilə Cənub-Çin dənizində yerləşən adalara görə qarşıdurma vəziyyətindədir.

Rusiyanı beynəlxalq normaları kobud şəkildə pozduğunu bildirən Kreyq Roberts Pentaqonun doktrinasının amerikalıların təhlükəsizliyi naminə yeni münaqişələrin baş verəcəyini təsdiqlədiyini deyib.

"Bu sənəd ondan xəbər verir ki, Rusiya ilə müharibə bizim gələcəyimizdir. Moskva Avropa, Kanada, Avstraliya, Ukrayna və Yaponiya kimi ABŞ-a tabe olmasa, müharibə başlayacaq. Onda biz hamımız öləcəyik, ya da Rusiyanın cavabını verəcəyik", - Roberts bildirib.

 

ABŞ prezidenti Barak Obama, ondan sağda Pentaqon rəhbəri Eş Karter / FOTO: Associated Press

 

Qeyd edək ki, ABŞ iyulun 10-da Nevada ştatının Tonop poliqonunda yeni nüvə bombasının sınağını həyata keçirib. Rusiya Müdafiə Nazirliyi buna dərhal reaksiya verib.

Müdafiə nazirinin müavini Anatoli Antonov Vaşinqtonun bu addımını təxribat adlandırıb.

"Nüvə silahının sınağının keçirilməsi Vaşinqtonun "nüvə silahları olmamalıdır" bəyanatına tamamilə ziddir. Yeni sınağın həyata keçirilməsi F-15E bombardmançı qırıcıların nüvə başlıqlı silahları daşımasını sübut edən faktdır. Bu onu deməyə əsas verir ki, nüvə sınağı В61-12 atom bombasının Avropada yerləşdirilən NATO bombardmançı qırıcılarında istifadə mümkünlüyünü yoxlamaq üçün keçirilib", - Antonov bildirib.

Nazir müavininin sözlərinə görə, bu sınaqlar ABŞ-ın Avropada Rusiya ərazilərini dəqiq vura bilən nüvə silahlarını yerləşdirmək planının olduğunun bariz nümunəsidir./anspress/

 

B61-12 nüvə silahı


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar