II Dünya müharibəsinin ən yaşlı veteranı dünyasını dəyişdi
18.08.2015 611 0.0 0

ABŞda 2-ci dünya müharibəsinin ən yaşlı qadın-veteranı vəfat edib.

Məlumata görə, 111 yaşlı Emma Bleyk Detroytda dünyasını dəyişib. 

Emma Bleyk Alabama sakini olub və o 1943-ci ildə 38 yaşında olarkan cəbhəyə gedib. 5 uşaq anası xanım Bleyk qadın köməkçi korpusu sıralarına qatılıb və ABŞ ordusunda təxminən 7 ay sürücü vəzifəsində xidmət edib.

Ölumündən 1ay əvvəl Emma Bleyk ölkə prezidenti Barak Obama ilə Ağ Evdə görüşüb. Emmanın ölüm xəbəri Prezident Barak Obama və onun xanımı Mişel Obamanı məyyus edib.

İkinci dünya müharibəsi - Almaniya ordusunun Polşaya hücuma başladığı 1 sentyabr 1939-cu ildə başlayıb. 2 sentyabr 1945-ci il tarixində sona yetən müharibə 10 milyonlarla insanın ölümünə səbəb olub: döyüş meydanlarında, əsirlikdə, konslagerlərdə 27 milyon hərbi xidmətçinin həyatına son qoyulub. Bundan başqa müharibə 25 milyona yaxın dinc əhalinin həlak olmasına səbəb olub. Azərbaycan bu müharibədə Sovet ordusunun tərkibində vuruşub./anspress/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar