IFO: Qlobal biznes mühiti pisləşib
13.11.2019 597 0.0 0

Mərkəzi Almaniyanın Münhen şəhərində yerləşən İqtisadi Tədqiqatlar İnstitutu (IFO) bu ilin IV rübü üçün biznes mühiti indeksini (WES) açıqlayıb. 

Qazeta.info "Report"-a istinadən xəbər verir ki, indeks 117 ölkədən 2 230 mütəxəssisin iştirakı ilə hazırlanıb və qlobal biznes mühitinin pisləşdiyini üzə çıxarıb. 

Belə ki, III rüb üçün indeks -10,1 bal təşkil etdiyi halda, IV rüb üçün -18,8 bala düşüb. Bu, 2009-cu ilin II rübündən bəri ən aşağı həddir. 

IFO-nun rəhbəri Klemens Faust bildirib ki, indeksin hazırlanmasında iştirak etmiş mütəxəssislər dünyada fərdi istehlakın azalacağını, ticarət və investisiya fəaliyyətlərnin zəifləyəcəyini gözləyir: "Odur ki, bu ilin yazı ilə müqayisədə makroiqtisadi tələbi və innovasiyaları qeyri-kafi qiymətləndirən mütəxəssislərin sayı artıb". 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar