İzmirdəki terror aktının arxasında PKK dayanır- Vali
06.01.2017 893 0
İzmirdə baş verən terror aktının arxasında ilkin ehtimala görə, PKK terror təşkilatı dayanır.
NTV telekanalına istinadən xəbər verilir ki, bu barədə şəhər valisi Erol Ayyıldız deyib.
Onun sözlərinə görə, terrorçular polis postunda avtomobili yoxlamaq istəyən zaman polislərə hücum ediblər:
"Polis terrorçuların olduğu avtomobili yoxlamaq istəyib. Bu zaman onlar atəş açıblar və atışma müddətində avtomobili partladıblar".
Qeyd edək ki, İzmir şəhərində məhkəmə binasının qarşısında baş vermiş partlayış nəticəsində bir polis və bir məhkəmə işçisi ölüb, 10 nəfər xəsarət alıb./Trend/
Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər