İxrac xərcləri azaldılacaq
16.10.2015 568 0.0 0

Azərbaycan Respublikasının Prezidenti  İlham Əliyevin qeyri-neft məhsullarının ixracının artırılmasına dair verdiyi tapşırığın icrası olaraq, İqtisadiyyat və Sənaye Nazirliyi dünən keçirilmiş geniş kollegiya iclasında ixracın stimullaşdırılması üçün təkliflər paketinin hazırlanması barədə qərar qəbul edib.
Qazeta.info İSN-ə istinadla bildirir ki, eyni zamanda, iclasda Nazirlik ixrac xərclərinin azaldılması məqsədi ilə qeyri-neft məhsullarına mənşə sertifikatının verilməsi üçün ekspertiza xidmətlərinə görə tariflərin 30%-dək azaldılması barədə Tarif (qiymət) Şurasına müraciət etməyi qərara alıb.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar