İtmiş amerikan sualtı qayığı Yaponiya dənizinin dibində tapıldı - VİDEO
12.11.2019 548 0.0 0

ABŞ alimlərindən ibarət LOST-52 tədqiqatçı qrup Yaponiyanın cənub sahillərində 75 il bundan əvvəl itmiş sualtı qayıq aşkar ediblər.

“The New York Times” xəbər verir ki, LOST-52 qrupu ABŞ-a məxsus sualtı qayığı Okinava adasının cənub-qərb istiqamətində 435 metr məsafədə tapıb.

1944-cü ildə “USS Grayback” adlı sualtı qayıq Yaponiya yaxınlığında olarkən onunla əlaqənin kəsildiyi qeyd olunur. Tədqiqatçı qrupun təqdim etdiyi videoda qayığın adının əks olunduğu plastik lövhə, həmçinin gövdə və vint aydın görünür.

Əvəllər LOST-52 sualtı qayığı Yaponayadan aldığı məlumatlara əsasən başqa yerdə axtarırmış. Lakin sonradan bir həvəskar yaponiyalı onlara səhvi izah edib və yeni koordinatlar verib.  

Qrupun bildirdiyinə görə, sualtı qayıq 1944-cü il fevralın 26-da yapon bombardmançı təyyarələri tərəfindən batırılıb. Qayığın göyərtəsində 80 nəfər olub./oxu.az/

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar