Şirvan şəhərində bir neçə gün əvvəl itkin düşən qızlar tapılıb.
Məlumata görə, 17 gün əvvəl yoxa çıxan nişanlı qızlar bu gün evlərinə dönüblər. Onlar mətbuatda bu barədə məlumat yayılandan sonra bu addımı atdıqlarını açıqlayıblar.
İtkin düşən qızlardan biri - Aytac Zahidovanın anası Flora Zahidova deyib ki, qızlar APA TV-də yayımlanan videoya baxdıqdan sonra evə qayıtmağa qərar veriblər: “Onlar Bakıda marketlərdən birində işləyiblər. Telefonlarını satıb özlərinə çörəkpulu ediblər” .
Qeyd edək ki, Şirvan sakinləri, 17 yaşlı Zahidova Aytac Yasər qızı və 18 yaşlı Quliyeva Əfsanə Allahverdi qızı mayın 26-da evdən çıxıb və geri qayıtmayıblar.
Aytac Zahidovanın anası Flora Zahidova nişanlı olan qızı Aytac və oğluna nişanlı olan gəlini Əfsanənin itkin düşmələri barədə Şirvan Polis Şöbəsinə yazılı müraciət olunduğunu bildirmişdi.