İtaliyanın milli himni rəsmi status aldı
16.11.2017 941 0.0 0

İtaliyanın milli himni olan "İtaliya qardaşları" 71 ildən sonra ölkənin rəsmi himni statusunu alıb.

ANSA agentliyinə istinadən verilən məlumata əsasən, qərar 15 noyabr tarixində İtaliya Senatının konstitusiya işləri üzrə komissiyası tərəfindən qəbul edilib. Daha öncə bu himn bütün tədbirlərdə səslənsə də, rəsmi statusa malik deyildi.

1946-cı ildə İtaliyanın Nazirlər Şurası Alçide de Qasperinin sədrliyi ilə "İtaliya qardaşları" kompozisiyanın ölkənin rəsmi himni kimi müvəqqəti istifadə edilməsi barədə fərman imzalamışdı. O vaxtdan himnin statusu dəyişməmişdi./Trend/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar