İtaliya ilə bağlı xəbərdarlıq - Supervulkan təhlükəsi
21.12.2016 717 0.0 0

Neapol yaxınlığında sönmüş supervulkan tezliklə aktivləşə və bu zaman güclü püskürmə ola bilər.

"RİA Novosti" agentliyinə istinadən xəbər verilir ki, bu qorxulu xəbərdarlığı "Nature Communications" jurnalında bir qrup alim edib.

İtalyan və fransız mütəxəssisləri təsdiq edir ki, Neapolun şimal-qərbində "Fleqrey sahəsi" adlanan seysmik ərazidə maqmada qazın təzyiqi kritik həddə çatıb.

Bununla belə vulkanın püskürəcəyi və püskürərsə, bunun nə vaxt baş verəcəyi ilə bağlı dəqiq nəsə demək qeyri-mümkündür.

Vulkanın yenidən aktivləşməsi "Fleqrey sahəsi"ndə yaşayan yarım milyon italyan üçün potensial təhlükədir.

Neapol kalderası (çökmüş nəhəng kraterlər) araşdırmalara görə, 39 min il əvvəl güclü vulkan püskürməsindən sonra formalaşıb. Həmin püskürmə son 200 min ildə Avropada ən güclü vulkan püskürməsi hesab edilir. Son dəfə ərazidə püskürmə 1538-ci ildə baş verib. Amma bu, əvvəlkilərdən daha zəif olub./Trend/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar