İtən təyyarədən xəbər var
20.06.2015 894 0.0 0

Rusiyanın Krasnoyarsk ərazisində içərisində 9 sərnişinlə itən “An-2” təyyarəsi barədə yeni məlumat yayılıb.

Məlumata görə, Krasnoyarsk ərazisində itdiyi vurğulanan “An-2” təyyarəsinin sərnişinləri və ekipaj üzvləri sağ-salamatdır. Bu barədə TASS xəbər agentliyi bildirir. 

“Hazırda özəl aviaşirkətlərdən birinə məxsus An-2 təyyarəsindəki insanların təxliyyəsi aparılır. Hadisənin təffərrüatları daha sonra məlum olacaq”, – deyə FHN-in açıqlamasında bildirilir.

Xatırladaq ki, təyyarə ötən gün Moskva vaxtı ilə 16:00-dan etibarən yoxa çıxmışdı. Təyyarənin tapılması üçün operativ qərargah yaradılmış və axtarış əməliyyatına 90 nəfərdən çox xilasedici cəlb olunmuşdu./anspress/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar