İsveçrə XİN : «Ona humanitar əsaslarla sığınacaq verilib»
12.02.2015 792 0.0 0
 

 

 
İsveçrə XİN: Hazırda bir Azərbaycan vətəndaşı İsveçrənin Azərbaycandakı səfirliyindədir, ona humanitar əsaslarla sığınacaq verilib
 

Azərbaycan Respublikasının vətəndaşı Emin Hüseynov barəsində Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 192.2.2 (qanunsuz sahibkarlıq), 213.2.2 (vergi ödəməkdən yayınma) və 308.2-ci maddələrində nəzərdə tutulan ittiham elan olunmaqla, 19 avqust 2014-cü il tarixdə məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilərək axtarış elan edilib.

 

Məlumata görə, bunu barəsində cinayət işi açılmış Emin Hüseynovun İsveçrə Konfederasiyasının Azərbaycan Respublikasındakı səfirliyində gizlənməsi məsələsi ilə əlaqədar Xarici İşlər Nazirlinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib.

 

H. Hacıyev deyib ki, məhkəmə qərarı əsasında aparılmış araşdırmalar nəticəsində Emin Hüseynovun “Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu” ictimai birliyinin sədri kimi qeydiyyata alınmayan qrant müqavilələri üzrə qanunsuz sahibkarlıq fəaliyyətini həyata keçirərək 1 575 956 manat məbləğində külli miqdarda gəlir əldə etdiyi və dövlət büdcəsinə ödənilməli olan 247 551 manat məbləğində xeyli miqdarda vergiləri ödəməkdən yayınmaqda əsaslı şübhələr müəyyən edilib.

 

“7 iyul 2014-cü il tarixindən etibarən Emil Hüseynov dəfələrlə ünvanına çağırış vərəqələri göndərilməklə istintaqa dəvət edilsə də, qaçaraq İsveçrə Konfederasiyasının Azərbaycan Respublikasındakı səfirliyində gizlənib. Azərbaycan Respublikasının Konstitusiyasına əsasən hər bir vətəndaşın təqsirsizlik prezumpsiyası hüququ var.

 

Hazırda Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir”, - deyə H. Hacıyev bildirib.

 

İsveçrə Konfederasiyasının Xarici İşlər Nazirliyndən də  Emin Hüseynovun onların Azərbaycandakı səfirliyində olduğu bildirilib: “Hazırda bir Azərbaycan vətəndaşı İsveçrənin Azərbaycandakı səfirliyindədir. O, 2014-cü ilin avqustun 18-də səfirliyə müraciət edib və İsveçrə ona humanitar əsaslarla sığınacaq verib. Həmin vaxtdan etibarən, həmin şəxsin maraqları ilə bağlı Azərbaycan hökuməti ilə danışıqlar aparırıq”, - deyə İsveçrə XİN-dən  cavab olaraq bildiriblər.

 

Emin Hüseynova İsveçrədə siyasi sığınacaq verilib-verilməməsi, onun sonrakı taleyi və danışıqların nəticəsi ilə bağlı sualları isə İsveçrə XİN nümayəndəsi cavablandırmaqdan imtina edib: “Biz bundan artıq məlumatı sizinlə bölüşə bilmərik”.

 

İsveçrənin Azərbaycandakı səfirliyi isə keçən ilin avqustundan məsələni şərh etməkdən və məlumat verməkdən imtina edir./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar