İsveçrə Hüsni Mübarəkin bank hesablarını açıb
21.12.2017 888 1.0 0

İsveçrə Misirin sabiq prezidenti Hüsnü Mübarək və yaxınlarına aid bank hesablarını açıb.

 

Məlumata görə, bu barədə İsveçrə Konfederasiyası Federal Şurasından bildiriblər.

 

Məlumata əsasən, bank hesablarının dondurulmasına dair qərar dekabrın 20-dən ləğv olunub.

 

Hüsnü Mübarəkin istefasından sonra İsveçrə hökuməti Hüsnü Mübarəkin banklardakı hesablarını dondurmuşdu.

 

Qeyd edək ki, bu ilin martında Misirin ali məhkəmə instansiyası – Kasasiya Məhkəməsi Hüsni Mübarək barəsində bəraət hökmü çıxarıb. H.Mübarək 2012-ci ildə ömürlük həbs cəzasına məhkum edilib. İki il sonra isə Qahirə Məhkəməsi onun üzərindən bütün ittihamları götürüb./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar