İsveçdə uğursuzluqlar muzeyi açılıb
07.08.2017 680 0.0 0

İsveçin Helsingborg şəhərində bazarda uğursuzluğa düçar olan məhsullardan ibarət muzey açılıb.

Məlumata görə, muzeydə texnologiya sahəsindən tutmuş qida sənayesinə qədər bir çox marka tərəfindən bazara çıxarılan, lakin uğursuz olan məhsullar sərgilənir.

 

 

 

Muzeyin kuratoru Samuel West hesab edir ki, bu gün bazara çıxarılan innovasiya layihələrinin 80-90 faizi uğursuz olur və muzey də bundan nəticə çıxarmağa imkan verir. Sərginin ziyarətçiləri arasında xeyli sayda böyük şirkətlərin olduğu bildirilir./Trend/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar