İSVEÇDƏ DAHA BİR MƏSÇİDƏ HÜCUM OLDU
03.01.2015 1120 0.0 0
İsveçin Jonkoping şəhərində, Somalililərə aid olduğu bildirilən məscidə daşlı hücum təşkil olunub.

Qazeta.info bildirir ki, 1 həftədir  məscidlərə edilən hücumlara görə İsveçdə  ölkənin dörd bir tərəfində etiraz edilərkən, bir məscidə hücumu da Jonkoping şəhərindən baş verib.

Skillingaryd bölgəsində olan və Somaliyə aid olduğu bildirilən məscid , naməlum şəxslər tərəfindən  daş parçaları ilə  hücuma məruz qalıb. Kimsənin olmadığı əsnada edilən hücumda məscid  şüşələrinin qırıldığı və namaz qılınan yerdə 3-4  daş parçasının olduğu bildirilir.

Polis hücumdan sonra hadisə yerində istintaqa başlayarkən, məscid camaatı hadisədən böyük narahatlıq duyduqlarını bildiriblər


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar