İsveç Rusiyadan `qorxur` - Seçkiyə görə
28.09.2017 594 0.0 0

Rəsmi Stokholm Rusiyanın 2018-ci ildə İsveçdə keçiriləcək seçkilərə müdaxilə edəcəyindən narahatdır.

Məlumata görə, bunu İsveçin Rusiyadakı səfiri Pyotr Erikson deyib.

Diplomat bildirib ki, müxtəlif jurnalistlər və tədqiqatçılar Rusiyanın cəhdləri haqqında öz qeydlərini təqdim edib:

"Rusiya, yaxud Rusiya vətəndaşlarının İsveçdəki müzakirələrə mütləq təsirinin olacağını demək, əlbəttə ki, çətindir. Bu, birbaşa olaraq seçkilərlə bağlı deyil. Məsələni şişirtmək istəmirəm, lakin mövcud olanı da danmaq olmaz"./Trend/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar