İstilik enerjisinin qiymətlərinə yenidən baxılacaq
12.10.2015 543 0.0 0

Azərbaycanda mövcud istilik enerjisi tarifləri “Azəristiliktəchizat” a nəinki mənfəətlə işləməyə, heç xərclərinə belə ödəməyə imkan vermir.

Məlumata görə, bunu Azəristiliktəchizat” ASC – nin“ Abunəçilərə xidmət şöbəsinin müdiri Rafiq Əliyev məlumat verib

Onun sözlərinə görə , qiymətlərin artımı məsələsinə Tarif Şurası tərəfindən kompleks şəkildə baxılmalıdır. 

"Bu tariflərin müəyyən olunmasında həm əhalinin sosial vəziyyəti , həm də digər enerji daşıyıcılarının da qiymətləri mütləq nəzərə alınmalıdır.Rafiq Əliyevin sözlərinə görə , hazırda istilik enerjisi tarifləri 1 kvadrat metr yaşayış sahəsi üçün 15 qəpikdən hesablansa da bu çox aşağı rəqəmdir. Ona görə də qiymətlərin artımı məsələsinə baxılmalıdır."-deyə şöbə müdiri əlavə etdi. 

Onun sözlərnə görə qiymətlər 2011-ci ildə Tarif Şurasının qəbul etdiyi qərara uyğun olaraq təyin edilir. Amma istilik tariflərinin qiymətinin artırılmasının dəqiq bəlli deyil. 

 

Rafiq Əliyev-“Azəristiliktəchizat” ASC - nin şöbə müdiri


Şöbə müdiri onu da əlavə etdi ki, “Azəristiliktəchizat” ASC – əhalini istiliklə təmin etmək üçün qışa hazırdır. Ölkədə ənənəvi olaraq noyabrın 15- də istilik mövsümü başlayır, ancaq havaların kəskin soyuması baş verərsə Bakı Şəhər İcra Hakimiyyətinin müvafiq sərəncamına uyğun olaraq qış mövsümünə daha da tez başlaya bilər”- deyə qurumun rəsmisi əlavə edib.

Azərbaycanda istilik enerjisi tariflərinin aşağı olması fikrini bir qədər əvvəl maliyyə naziri Samir Şərifov da səsləndirib. 

Nazir “Azəristiliktəchizat” üçün müəyyən edilmiş tariflər hətta içməli su və kanaliziya xidmətləri operatoru olan "Azərsu”nun“ tariflərindən aşağı olduğunu, bu isə qurumun iqtisadi vəziyyətinin yaxşılaşmasına imkan vermədiyini qeyd etmişdi. 

 

Samir Şərifov-maliyyə naziri/anspress/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar