İstanbulda baş verən terror aktı nəticəsində 24 nəfərin yaralandığı açıqlanıb.
Qazeta.info AzVision.az-a istinadla bildirir ki, Türkiyə mətbuatının yaydığı xəbərə görə, yaralıların 3-ü İsrail vətəndaşıdır.
Yaralılar İstanbulun 4 ayrı xəstəxanasına yerləşdirilib. Onlardan bir neçəsinin vəziyyəti ağırdır.
Türkiyənin Səhiyyə Nazirliyi İstanbuldakı terror aktı ilə bağlı açıqlama yayıb.
Bildirilir ki, Taksim meydanı yaxınlığında törədilən partlayış nəticəsində 5 nəfər həlak olub. Onlardan biri terrorçu-kamikadzedir. Xəstəxanalara yerləşdirilmiş 36 yaralıdan 7-nin vəziyyəti ağırdır. Yaralılardan 12-si xarici ölkə vətəndaşıdır.
İstanbul valiliyindən verilən məlumata görə, yaralıların 6-sı İsrail, 1-i İslandiya, 1-i İran, 1-i Dubay, 2-si İrlandiya və 1-i Almaniya vətəndaşıdır.
Bundan əvvəlki açıqlamada isə yaralı sayının 36 olduğu bildirilmişdi.