İstanbuldan gələn təyyarə reysləri təxirə salınıb
20.11.2015 572 0
Türkiyə Hava Yolları (THY) noyabrın 21-22-də gözlənilən əlverişsiz hava şəraiti ilə əlaqədar İstanbul Atatürk Hava Limanında bəzi uçuşları təxirə salıb.
THY-nin rəsmi səhifəsinə istinadən verilən xəbərə görə, həmin hava limanından Gəncə Hava Limanı, Heydər Əliyev Beynəlxalq Hava Limanına və əksinə həyata keçiriləcək uçuşlar da təxirə salınan uçuşlar sırasındadır.
Bununla noyabrın 21-də Heydər Əliyev Beynəlxalq Hava Limanından İstanbul Hava Limanına (saat 14.35-də) və əks istiqamətdə (saat 08.15), noyabrın 22-də Gəncə Hava Limanından İstanbul Hava Limanına (saat 09.55) və əks istiqamətdə (saat 04.20) nəzərdə tutulan uçuşlar baş tutmayacaq./apa/
Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər