İstanbuldakı terrorda ölənlərin sayı 44-ə çatıb
12.12.2016 635 0
Dekabr 10-da Türkiyənin İstanbul şəhərində törədilmiş terror aktları nəticəsində ölənlərin sayı 44-ə çatıb.
Türkiyə informasiya agentliklərinə istinadən verilən xəbərə görə, bunu Türkiyənin səhiyyə naziri Rəcəb Akdağ açıqlayıb. O bildirib ki, ölənlərdən 36-sı polis əməkdaşı, 8-i isə mülki vətəndaşdır. Yaralanan 140-dan çox insan xəstəxanalarda müalicə olunur.
Xatırladaq ki, terror dekabrın 10-da İstanbuldakı “Vodafone Arena” stadionunun ətrafında baş verib. Terror aktının “Chevrolet” markalı avtomobillə törədildiyi bildirilir. Baş nazirin müavini, hökumət sözçüsü Numan Kurtulmuş terrorçuların 300-400 kq partlayıcı maddədən istifadə etdiyini söyləyib./apa/
Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər