Türkiyə polisi İstanbulda hücumlar törətməyi planlaşdıran İŞİD terror qruplaşmasını iki üzvünü saxlayıb.
“Hurriyyet”ə istinadən verilən xəbərə görə, əməliyyat ötən gün İstanbulun Kaqıtxane rayonunda keçirilib. Axtarış zamanı şübhəli şəxs qismində saxlanılan həmin şəxslərdən iki ədəd “Kalaşnikov” avtomat silahı və 500-dən çox patron aşkarlanaraq götürülüb.
Saxlanılan şəxslər daha əvvəl həbs edilən Abdulkadır Maşaripovla birgə İŞİD-in yerli özəyinin üzvü olublar.
Xatırladaq ki, Abdulkadır Maşaripovun Yeni il gecəsi İstanbuldakı “Reina” gecə klubuna hücumu nəticəsində 39 nəfər ölüb, 69 nəfər isə yaralanıb. Hücuma görə məsuliyyəti İŞİD öz üzərinə götürüb.
A.Maşaripov yanvarın 16-da İstanbulun Esenyutr rayonunda antiterror əməliyyat zamanı saxlanılıb./apa/