Azərbaycanın İstanbuldakı Baş Konsulluğunda 20 Yanvar - Ümummilli Hüzn günü ilə bağlı tədbir keçirilib.
Qazeta.info APA-nın məlumatına əsasən bildirir ki, baş konsul vəzifəsini icra edən Esmira Hüseynova çıxışında bildirib ki, 1990-cı ilin yanvarın 20-də baş verən hadisə Azərbaycan üçün qürurvericidir: “Heydər Əliyev 1991-ci ildə Azərbaycan Milli Məclisinin deputatı olarkən 20 yanvar məsələsini parlamentdə qaldırdı. Bu faciəyə ən düzgün qiymət Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıtmasından sonra verilib”.
Mərasimdə çıxış edən İstanbuldakı Türkiyə-Azərbaycan Dostluq Dərnəyi başqanı Səfər Qaraqoyunlu 20 yanvar faciəsinin Azərbaycanın müstəqilliyə gedən yolda önəmli qırılma nöqtəsi olduğunu xatırladıb.
İstanbuldakı Azərbaycan Kültür Evinin başqanı Hikmət Əlp çıxışında 20 yanvar faciəsinə qarşı etiraz mitinqlərinin Iqdırın Aralık qəsəbəsində başlayaraq Türkiyəyə yayıldığını deyib.
Tədbir çərçivəsində faciəni əks etdirən foto-sərgisi açılıb.