​İstanbulda 116 təyyarə reysi təxirə salınıb
26.01.2016 630 0.0 0

"Türk Hava Yolları" Atatürk və Sabiha Gökçen hava limanlarından yanvarın 26 və 27-nə planlaşdırılan 116 daxili və xarici uçuş reysini təxirə salıb.

"Report" xəbər verir ki, bu haqda Türkiyə KİV-i məlumat yayıb.

Sərnişinlərə əlavə məlumatı şirkətin informasiya mərkəzindən almaları məsləhət görülüb.

Məlumata görə, İstanbula yağan güclü qar təyyarə reyslərinin təxirə salınmasına səbəb olub.

Xəbərdə bildirilib ki, qar yanvarın 26-sı axşam saatlarınadək davam edəcək, havanın temperaturu 2 dərəcə şaxtayadək enəcək. Yanvarın 27-də isə havaların isinəcəyi gözlənilir. 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar