İstanbul terroruna görə tutulanların sayı 30-a çatdı
05.07.2016 991 0.0 0

İyunun 28-də İstanbulun Atatürk hava limanında baş verən terror aktına görə həbs edilənlərin sayı 30-a çatıb.Türkiyə mətbuatına istinadla verilən məlumata görə, həbs edilənlərin 11-i əcnəbidir. Onların hamısı "silahlı terror təşkilatına üzv olmaq"da ittiham ediliblər. Onların böyük qismi Rusiya vətəndaşlarıdır. 


Şübhəlilərin sorğu-sualı gecə yarısına kimi davam edib. Onlar ittihamları qəbul etməyiblər. Bəziləri terrorçuların qaldığı evdə kirayə yaşamalarını təsadüfən səhv zamanda, səhv yerdə olmaları ilə əlaqələndiriblər. 

"Canlı bomba" Raqim Bulqarovu tanımaqda ittiham edilənlər onunla heç zaman görüşmədiklərini deyiblər. 

Terror aktı ilə bağlı saxlanılanlar arasında bir azərbaycanlı da var. İŞİD terror təşkilatı tərəfindən həyata keçirilən terror aktının təşkilatçılarından olduğu iddia edilən Azərbaycan vətəndaşı Elçin Bünyadov Bakırköy rayonu 3-cü Sülh Cəza Məhkəməsinin hökmü ilə həbs edilib.

E. Bünyadova qarşı Türk Cəza Qanununun “Silahlı terror təşkilatına üzv olmaq və planlaşdıraraq adam öldürmə suçuna yardım etmə” maddəsi üzrə ittiham irəli sürülüb, o, cəzaçəkmə müəssisəsinə  göndərilib.

İyunun 28-də Atatürk aeroportuna 3 kamikadze hücum edib. Onlar əvvəlcə əllərindəki "Kalaşnikov" silahları ilə insanları atəşə tutublar. Daha sonra isə özlərini partladıblar. 

Terror aktı nəticəsində 45 nəfər ölüb, 200-dən çox adam yaralanıb./anspress/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar