İşsizlərin nəzərinə!-Əmək yarmarkası keçiriləcək
16.11.2015 535 0.0 0

 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) yanında Dövlət Məşğulluq Xidməti (DMX) tərəfindən növbəti Əmək yarmarkası noyabrın 18-də Gəncə şəhərində təşkil olunacaq. 
   Qazeta.info ƏƏSMN-in məlumatına əsasən bildirir ki, ilkin məlumata görə, yarmarkada 60-a yaxın müəssisə üzrə 380-dək boş (vakant) iş yeri işsiz və işaxtaran vətəndaşlara təklif ediləcək. Tədbirdə həmçinin sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən şəxslərin işlə təmin olunması üçün ayrı-ayrı müəssisələr üzrə kvota üzrə müəyyən edilmiş iş yerləri də təqdim olunacaq. Boş (vakant) iş yeri təqdim olunan müəssisələrin nümayəndələrinin də iştirak edəcəyi aktiv məşğulluq tədbirində əmək bazarının tələblərinə uyğun peşələr üzrə peşə hazırlığı və əlavə təhsil kurslarına, ödənişli ictimai işlərə cəlb olunmaq istəyən şəxslər qeydiyyata götürüləcək. 
   Cari ilin ötən dövründə ölkəmizin şəhər və  rayonlarında ümumilikdə 55 Əmək yarmarkası keçirilib.

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar