İsrail prezidenti Netanyahuya hökuməti formalaşdırmağı tapşırıb
26.09.2019 507 0.0 0

İsrail prezidenti Reuven Rivlin çərşənbə günü "Likud" Partiyasının lideri Binyamin Netanyahuya 17 sentyabr seçkilərinin nəticəsinə görə koalisyon hökumət formalaşdırmağı tapşırıb.

Bu barədə TASS-a istinadən xəbər verilir.

"Mən sizə hökuməti formalaşdırmaq imkanını vermək barədə qərar qəbul etdim", - Rivlin Qüdsdə Prezident Dəftərxanasında keçirilən mərasim zamanı Netanyahuya müraciət edərək deyib.

"Biz "Likud" başçısına birinci koalisiyanı formalaşdırmaq imkanını veririk, sabahkı gündən etibarən sizin 28 gün vaxtınız var, - deyə prezident davam edib. Dövlət başçısı qeyd edib ki, bu müddət daha 14 gün uzadıla bilər.

Əgər Netanyahu bu vaxt ərzində koalisiyanı formalaşdıra bilməsə, Rivlin bu imkanı Knessetin 22-ci çağırışının başqa deputatına verəcəyini bildirib.

İsrail parlamentinə (Knesset) keçirilən seçkilərin yekun nəticələrinə görə, “Kaxol Lavan” bloku qanunverici orqanda 33, Likud Partiyası 32, Ərəb Birliyinın Siyahısı 13, ŞAS (İsrailin Ultra-Dini Siyasi Partiyası) 9, Bizim Evimiz İsraildir Partiyası 8, “Yadut a-Tora” 7, “Yamina” 7, “Avoda-Qeşer” 6, Demokratik Düşərgə Partiyası 5 mandat qazanıb./Report/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar