İsrail polisi Təl-Əvivdə bıçaqla hücumu terror aktı adlandırıb
23.04.2017 769 0.0 0

İsrail polisi bu gün Təl-Əvivdə 18 yaşlı fələstinli gəncin bıçaqla insanlara hücumunu terror aktı adlandırıb.

 

APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, bunu İsrail polisinin rəsmi nümayəndəsi Mixael Zinqerman bildirib.

 

M. Zinqerman hücum nəticəsində 4 nəfərin yaralandığını, terrorçunun saxlanıldığını qeyd edib. 

 

***

 

saat 17.09

 

Bu gün İsrailin Təl-Əviv şəhərində bir fələstinli bıçaqla hücum çəkərək ən azı 3 nəfəri yaralayıb.

 

APA-nın “RİA Novosti” agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə yerli polis məlumat yayıb.

 

Yaralıların həyatı üçün təhlükə yoxdur. Şübhəli şəxs yaxalanıb. Hüquq-mühafizə orqanları olayın terror aktı, yaxud cinayət olduğunu araşdırır.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar