İsrail ordusu Misir ərazisindən buraxılan raketləri vurub
09.02.2017 956 0
Misir ərazisindən Eylat şəhərinə buraxılan üç raket İsrail ordusunun “Dəmir Günbəz” havadan müdafiə sistemi tərəfindən vurulub.
Reuters agentliyinə istinadən verilən xəbərə görə, raketlər İsrail ərazisinə Sinay yarımadasından buraxılıb.
Məlumata əsasən, partlayışlar Eylatda hiss olunub. İnsident nəticəsində zərərçəkən olmayıb. Hadisə ilə əlaqədar Eylat meriyasında təcili yığıncaq keçirilib.
İnsidentə görə məsuliyyəti İŞİD-in Misirdəki özəyi öz üzərinə götürüb./apa/
Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər