İsrail iki ölkədən səfirlərini geri çağırır
24.12.2016 1110 0.0 0

İsrail hökuməti iki ölkədəki səfirlərini geri çağırmaq qərarına gəlib.

 

TASS agentliyinə istinadən verilən xəbərə görə, bunu baş nazir Benyamin Netanyahunun mətbuat katibliyi bəyan edib

 

“Baş nazir İsrailin Seneqal və Yeni Zelandiyadakı səfirlərini təcili olaraq məsləhətləşmələr üçün geri çağırır”, məlumatda bildirilir.

 

Bununla yanaşı İsrailin xarici işlər nazirliyini Seneqal üçün nəzərdə tutulan yardım proqramlarını dondurmaq tapşırılıb.

 

Qeyd edək ki, BMT Təhlükəsizlik Şurası İsraildən Fələstin ərazilərində yaşayış məskənlərinin inşasına son qoymağı tələb edib. Müvafiq qətnamə layihəsi Təhlükəsizlik Şurasına Seneqal və Yeni Zelandiya tərəfindən çıxarılıb./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar