İsrail İrana xəbərdarlıq etdi
25.08.2017 624 0
Liberman: "İran Suriya ərazisində hava və dəniz bazaları inşa etməyə çalışır"
İsrailin müdafiə naziri Aviqdor Lieberman rəsmi Tehrana sərt ismarıc göndərib. Qazeta.info Sputnik -ə istinadla xəbər verir ki, Liberman paytaxt Təl-Əvivdə hökümət təmsilçiləri ilə görüşdən sonra dövlət radiosuna açıqlamalar verib. O, İranın Yaxın Şərqdə güclənməsini kənardan izləməyəcəklərini bildirib.
"Dövlətimiz, İranın Suriya və Livanda yaratmağa çalışdığı yeni mühitə təslim olmayacaq. İran, özünün inqilab keşikçiləri vasitəsilə Suriya ərazisində hava və dəniz bazaları inşa etməyə çalışır. Üstəlik, döyüşçü şiələrin gücü ilə Livanda müasir silahlar istehsal etməyə can atır. İsrail bu prosesə səssiz qalmayacaq" — Liberman qeyd edib.
Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər