İsrail hökuməti iranlı qadın jurnalistə sığınacaq verib
10.08.2017 679 0
İsraildən sığınacaq istəyən İran vətəndaşı 33 yaşlı jurnalist Neda Amin avqustun 10-da İsrailə gedib.
İsrail KİV-inə istinadən xəbər verilir ki, ölkənin daxili işlər naziri Arye Deri onun xahişini qəbul edib.
Neda Amin 3 il əvvəl İranda edam edilməkdən qaçaraq Türkiyəyə sığınıb. Məlumata görə, Türkiyə onu İrana qaytarmaq niyyətində olub.
İsrail Jurnalistlər Birliyi dövlətin daxili işlər nazirinə iranlı jurnalistə sığınacaq verilməsi ilə bağlı müraciət edib. Müraciətdə onun peşəkar fəaliyyətinə görə təhdid edildiyi vurğulanıb.
Neda Amin “Times of Israel” saytına fars dilində bir neçə məqalə də yazıb. /Report/
Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər