İsrail BMT Təhlükəsizlik Şurasının qətnaməsinə etirazını bildirib
24.12.2016 757 0.0 0

Rəsmi Tel-Əviv BMT Təhlükəsizlik Şurasının yaşayış məskənlərinə dair qətnaməsinə əməl etməyəcək.
 
Məlumata görə, bunu Reuters agentliyinə baş nazir Benyamin Netanyahunun mətbuat katibliyi bəyan edib.
 
“İsrail BMT Təhlükəsizlik Şurasının qərəzlə dolu qətnaməsini rədd edir və ona əməl etmək niyyətində deyil”, məlumatda vurğulanıb.
 
Qeyd edək ki, bir qədər əvvəl BMT Təhlükəsizlik Şurası İsraildən Fələstin ərazilərində yaşayış məskənlərinin inşasına son qoymağı tələb edib. Qətnamənin lehinə Təhlükəsizlik Şurasının 14 üzvü səs verib, ABŞ isə bitərəf qalıb. /apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar