İsrail BMT-nin Qüdsə dair qərarını qəbul etmir
22.12.2017 727 0.0 0

İsrail BMT Baş Assambleyasının Qüdsə dair qərarını qəbul etmir və bir çox ölkənin yəhudi dövlətini dəstəkləməsindən məmnundur. “RİA Novosti”yə istinadən verilən xəbərə görə, bu barədə İsrail baş nazirinin dəftərxanasından bildirilib.   

 

“Qərara qarşı çıxış edən dövlətlər arasında baş nazir Binyamin Netanyahunun səfər etdiyi Avropa, Afrika və Latın Amerikası ölkələri var”, - deyə məlumatda bildirilir.    

 

“İsrail ABŞ prezidenti Donald Trampa  Qüdsə dair birmənalı mövqe nümayiş etdirdiyinə görə təşəkkür edir və İsrail - həqiqətlə birgə səs vermiş ölkələrə minnətdarlığını bildirir”   

 

Qeyd edək ki, BMT  Baş Assambleyası ABŞ-ın Qüdsü İsrailin paytaxtı kimi tanımasına dair qərarının qəbuledilməz olması barədə qətnamə qəbul edib. /apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar