Azərbaycan Respublikasının Prezidenti və Müdafiə naziri İsrailin Müdafiə nazirini qəbul edib
Prezident İlham Əliyev 1-ci Azərbaycan Beynəlxalq müdafiə sənayesi “ADEX 2014” sərgisində iştirak etmək üçün ölkəmizdə səfərdə olan İsrailin müdafiə naziri Moşe Yaalonun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Görüşdə Azərbaycan ilə İsrail arasında ikitərəfli və hərbi-texniki əməkdaşlıqla bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Daha sonra Moşe Yaalonun başçılıq etdiyi nümayəndə heyətini Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov qəbul edib.
Görüşdə ölkələrimiz arasında ikitərəfli münasibətlər və qarşılıqlı maraq doğuran digər məsələlər barədə fikir mübadiləsi aparılıb.
Görüşdə İsrail Dövlətinin Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri cənab Rafael Harpaz da iştirak edib.