İsrail, Fələstinli qruplar ilə qalıcı atəşkəsin təmin edilməsi üçün Misirdə aparılan müzakirələrə qatılan heyətini geri çağırıb.
İsrail ordusundan verilən açıqlama aranı qatdı.İsrail ordusu 1 əsgərin şənbə günündən bəri itkin düşdüyünü və Ordu səlahiyyətliləri atəşkəs qərarına baxmayaraq Qəzzadan Beerşebaya 3 dəfə raket atıldığını iddia edib. Raket atıldığı istiqamətindəki iddialar sonrası İsrail Baş naziri Binyamin Netanyahu ordu güclərinə "Qəzzanı vurun" əmri verdi. İsrail təyyarələri qısa müddət sonra Qəzzada hava hücumu təşkil edib. İsrailin hücumlarında 2 uşağın yaralandığı bildirilir.
Məlumata görə, Baş nazir Binyamin Netanyahu ilə Müdafiə naziri Moşe Yalon, Misirin paytaxtı Qahirədəki qalıcı atəşkəs görüşmələrinə qatılan heyətdən ölkəyə dönmələrini tələb edib.
Xatırladaq ki,İsrail illərdir mühasirə altında tutduğu Qəzzaya, 7 İyulda havadan və dənizdən, 17 İyulda isə qurudan hücuma həyata keçirmişdi. Bir aydan çox çəkən hücumlardan sonra Misirdə həyata keçirilən müzakirələr nəticəsində əldə olunan müvəqqəti atəşkəs qərarı, dünən gecə 00.00'da sona çatmışdı.
Qahirədəki qalıcı atəşkəs danışıqları davam edərkən, atəşkəsin 24 saat daha uzadıldığı bildirilmişdı. Qəzzadan raket atıldığını iddiası üzərinə İsrail ordusu Qəzzaya yenidən hücum başlamış, Həmas sözçüsü Sami Əbu Zuhri isə raketə bağlı məlumatlarının olmadığını bildirmişdi. Zuhri, İsrailin Qəzzaya təşkil etdiyi hava hücumlarını "qalıcı atəşkəs üçün aparılan danışıqları erkən bitirmə səyi" olaraq qiymətləndirmişdi.
Türk mətbuatının verdiyi məlumata görə,İsrail ordu radiosu da mövzu ilə əlaqədar xəbər yayıb. "Polis təşkilatı, son olaraq İsrailin Zrivim hərbi bazasına görülən 1.70 boyunda, 21 yaşındakı əsgər David Menahem Gordonun tapılması üçün xalqdan kömək istəyir" ifadələri istifadə edib. Radioda bildirilənə görə, Gordon'dan şənbə günündən bu yana xəbər alına bilmir. İsrailin "Jerusalem Post" qəzetinin internet saytındakı mövzuyla əlaqədar xəbərində isə itdiyi bildirilən əsgərin, ABŞ vətəndaşı olduğu və orduya könüllü qatıldığı məlumatı yayılıb.