İspaniya-Serbiya qarşılaşması rəqəmlərdə
21.06.2015 604 0.0 0
Su polosu üzrə bu gün keçiriləcək qarşılaşmanın statistik xülasəsi

İspaniya və Serbiya bir həftə əvvəl kişilər arasında su polosu yarışlarında D qrupunun matçında ən maraqlı oyunlardan birini nümayiş etdiriblər. Bəs statistika həmin oyundan yeddi gün sonra qızıl medal uğrunda keçiriləcək qarşılaşma barədə nə deyir?

Alvaro Qranados Orteqa (ESP) D qrupunun qalibini müəyyənləşdirən həmin qarşılaşmanın son dəqiqələrində inanılmaz fırlatma zərbəsi ilə hesabı 9-8 etmiş və İspaniyanın qəhrəmanına çevrilmişdi.

O, yarış ərzində 18 qola imza atmaqla ən çox qol vuran dördünçü oyunçudur. Orteqa Xorvatiyaya qarşı keçirilən yarımfinal qarşılaşmasının sonuna 38 saniyə qalmış qol vurmaqla komandasına daha bir qələbə qazandırmışdı.

Aleks De La Fuente İqual (ESP) 12 dəfə fərqlənməklə Serbiyanın əsas qol silahı Petar Kasuma çatıb. Lakin nəzərə almaq lazımdır ki, Serbiya bir oyun artıq keçirib.

Zoran Milenkoviçin (SRB) komandası 64 qolla ən çox qol vuran komandaların siyahısında dördüncü yerdədir. Ancaq onlar əks-hücumları qola çevirmək üzrə liderdirlər. Belə ki, komanda 10 cəhddən 8-də uğurlu olub.

Jasmin Kolasinaç (SRB) iştirak etdiyi bütün yeddi təktəbətək mübarizələrdə qalib gəlib. Onlardan biri İspaniya ilə oyuna təsadüf edir. Lakin Qranados Orteqa digər üç mübarizədə topa sahib çıxıb.

Qazeta.info Bakı 2015 birinci Avropa Oyunları Təşkilat Komitəsinə istinadla bildirir ki, İspaniya D qrupunda keçirilən qarşılaşmalarda 27 dəfə topa sahib olmaqla, topa 19 dəqiqə 37 saniyə topa nəzarət etdiyi halda, Serbiya 31 dəfə topa sahib olmaqla, 11 dəqiqə 49 saniyə topa nəzarət edərək tempi sürətləndirmək bacarığını nümayiş etdirib.

Qapıçının bacarığı bu yarışın pley-off mərhələsində həlledici rol oynayıb və Serbiya bu tendensiyanın bazar günü də davam edəcəyinə ümid edir.

Stefan Todorovski (SRB) onun qapısına edilən həmlələrin 62 faizinin qarşısını almaqla, yarış zamanı 36 dəqiqədən çox müddətdə oyunda olan qapıçılar arasında ən çox qurtarış edən qapıçıdır.

İspaniya komandasının əsas qapıçısı Oriol Albasete Rodrigez komandasının altı matçı ərzində zərbələrin 42,4 faizini dəf edib.

Say çoxluğundan ən çox istifadə edən də Serbiyadır. Onlar 16 cəhddən 13-də (81,3 faiz) uğurlu olduğu halda, İspaniya 15 cəhddən səkkizində (53,3 faiz) uğurlu olub. 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar