İspaniya Kubokunun ikinci finalçısı da bəlli olub
04.03.2022 467 0
Futbol üzrə İspaniya Kubokunun ikinci yarımfinalında "Betis" öz meydanın "Rayo Valyekano" ilə 1:1 hesablı heç-heçə edib.
Məlumata görə, birinci oyunda səfərdə 2:1 hesablı qələbə qazanan "Betis" ümumi hesaba (3:2) görə finala yüksəlib.
Qeyd edək ki, finalda "Betis" "Valensiya" ilə qarşılaşacaq. Oyun aprelin 23-ü Sevilyada keçiriləcək.
Xatırladaq ki, "Valensiya" iki oyunun yekunları üzrə (1:1 və 1:0) "Atletik" klubunu məğlub edərək finala yüksəlmişdi./trend/
Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər